Əməliyyatdan ən çox qazanan beşinci bank Unibankdır - REYTİNQ
Bankların əməliyyat mənfəəti müəyyən dövr ərzində baş tutan əməliyyatlar nəticəsində gəlirlər və xərclər arasında fərqi əks etdirir.
ENA.az xəbər verir ki, bu ilin birinci rübündə əməliyyat mənfəəti 405 milyon manat olub. Bunun 339 milyon manatı TOP-5 bankların payına düşüb. Bu isə ümumi əməliyyat mənfəətinin 84%-i deməkdir.
TOP-5 sıralama isə belədir: ABB, Kapital Bank, Paşa Bank, Xalq Bank və Unibank.
Göründüyü kimi, adətən ilk dördlük dəyişilməz qalır. Beşinci isə bu rübdə Unibank-dır.
Qeyd edək ki, Bank əməliyyatları nəticəsində xərcləri çox olduqda zərərlə çıxa bilər, amma bəzən nəticə etibarilə xalis mənfəət açıqlaması mümkündür. Və ya əksinə əməliyyat mənfəəti yüksək olub, sonda zərər də açıqlaması mümkündür.
ENA.az xəbər verir ki, bunun əsas səbəbi aktivlərdə baş verən dəyərsizləşmə və ayrılan məcburi ehtiyatlardır. Məsələn, kredit borcunun ödənməməsi zamanı aktivlər azalır. Və ya yaranma ehtimalı olan itkini sığortalamaq üçün banklar öz mənfəətlərindən ehtiyatlar formalaşdırırlar. İtki ehtimalı özünü doğrultmasa, ehtiyata ayrılmış vəsait bankın mənfəətinə geri qayıdır. Bu zaman bank əməliyyat mənfəəti mənfi olduğu halda belə xalis mənfəət kimi gəlir açıqlaya bilər.
Beləliklə, Azərbaycanda bankları arasında əməliyyatdan ən çox qazanan kredit təşkilatlarının reytinqi belədir: