Gündəm

Türkiyədə prezident seçkisinin ikinci turu: Qayda necədir?

Türkiyədə keçirilən prezident seçkisinin nəticələrinin yekunu elan olunmayıb. Ancaq seçki nəticələrinin ikinci tura qalacağı ehtimalları çoxdur. Çünki Ərdoğan seçkidə öndə olsa da, o, lazım olan baryeri (50%+1 səs) hələ aşmayıb.

Onun rəqibi Kılıçdaroğlu (https://oxu.az/politics/729698) isə səs fərqi və faizi ilə geridədir, lakin bu da hələ onu məğlub etmir. İndi əsas diqqət digər namizəd Sinan Oğandadır. İkinci tura gedilərsə, onun mövqeyi və seçdiyi tərəf seçkinin nəticələrini həll edəcək.

Beləcə, seçkinin ikinci turunda ən çox səs qazanan iki namizəd yarışır. Bu turda ən çox səs alan namizəd Türkiyənin 13-cü prezidenti (https://oxu.az/politics/729698) seçiləcək.

▪️İkinci turda seçicilər, birinci turda olduğu kimi, səs verdikləri sandıqlarda təkrar səs verirlər (https://oxu.az/politics/729698). İkinci turda birinci turda səs verməyən vətəndaşlar da səs vermək hüququna sahibdirlər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)