Gündəm

Türkiyədə seçkilərin ilkin nəticələri: Ərdoğan liderdir

Türkiyədə keçirilən prezident seçkilərində istifadə edilən seçki bülletenlərinin 17%-i sayılıb.

ENA.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

İlkin nəticələrə görə, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 55.98%, CHP sədri Kemal Kılıçdaroğlu 38.08, ATA ittifaqının namizədi Sinan Oğan 5.37%, namizədlikdən geri çəkilmiş Məmləkət partiyasının sədri Müharrem İnce 0.57% səs toplayıb.

Parlament seçkilərində səslərin 4.29%-i sayılıb. İndiki məlumata əsasən, Cumhur İttifaqı 66.31%, Millət İttifaqı 22.3%, Əmək və Azadlıq 7.42% səs toplayıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)