Brüsseldə keçiriləcək üçtərəfli görüşün təfərrüatı məlum olub
Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel arasında üçtərəfli görüş keçiriləcək.
Ermənistan KİV-də görüşün təfərrüatı barədə məlumatlar yayımlanıb.
Bildirilir ki, Şarl Mişel mayın 13-ü axşam saatlarında Ermənistanın baş naziri ilə görüşəcək.
Mayın 14-də səhər saatlarında Avropa Şurasının rəhbərinin Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar aparması planlaşdırılır.
Üçtərəfli görüş isə mayın 14-də günortadan sonra başlayacaq.