52 Dövlət Aqrar İnkişaf Mərkəzi elektronlaşdırılacaq

“Bu ilin fevralın sonuna qədər 52 Dövlət Aqrar İnkişaf Mərkəzi (DAİM) elektronlaşdırılmış şəkildə fermerlərin ixtiyarına veriləcək”.
Bunu Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov bildirib.
O qeyd edib ki, bu günə qədər Dövlət Aqrar İnkişaf Mərkəzlərindən (DAİM) 5-i tam elektronlaşdırılmış şəkildə fermerlərə təqdim edilib: “Ölkədə Dövlət Aqrar İnkişaf Mərkəzlərinin hamısının inzibati binası var. DAİM-lərdə kənd təsərrüfatı sahəsi ilə bağlı elektonlaşdırılmış bütün xidmətlərdən yararlanmaq mümkündür. Belə ki, DAİM-lərdə 70-dən çox elektron xidmət göstərilir. Fevralın sonuna qədər ölkə üzrə bütün Dövlət Aqrar İnkişaf Mərkəzlərinin hamısı fermerlərin ixtiyarına veriləcək".