Azərbaycanın ixracı idxalı 4 milyard dollar üstələyib
2023-cü ilin yanvar-mart aylarında ölkənin xarici ticarət dövriyyəsi 12 milyard 269.3 milyon ABŞ dolları təşkil edib.
ENA.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ticarət dövriyyəsinin 8 milyard 239.4 milyon dollarını və ya 67.2 faizini ölkədən ixrac olunmuş məhsulların, 4 milyard 029.9 milyon dollarını (32.8 faizini) isə idxal məhsullarının dəyəri təşkil dib. Nəticədə 4 milyard 209.5 milyon dollar məbləğində müsbət saldo yaranıb.
2022-ci ilin yanvar-mart ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 0.1 faiz, real ifadədə 5.1 faiz, o cümlədən idxal 13.7 faiz, ixrac isə 2.4 faiz artıb. 2023-cü ilin yanvar-mart aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 23.2 faiz, real ifadədə 19.2 faiz artaraq 912.2 milyon dollar təşkil etmişdir.