SOCAR bu Avropa dövlətində təbii qaz ticarəti üçün lisenziya aldı
Azərbaycanın Dövlət Neft Şirkəti SOCAR Bolqarıstanda təbii qaz ticarəti üçün lisenziya alıb.
ENA.az xəbər verir ki, bu barədə Bolqarıstan Milli Radiosu məlumat yayıb.
“Bolqarıstanın Enerji və Su Tənzimləyici Komissiyası SOCAR-a təbii qaz ticarəti üçün lisenziya verib”, - mətndə bildirilir.
Lisenziya 10 il müddətinə verilib.