Kərkük-Ceyhan xəttində klapanların açılması tələbi
İraq mayın 13-də Kərkük-Ceyhan xəttindən neft nəqlinə başlamaq üçün Türkiyəyə müraciət edib. ENA.az xəbər verir ki, İraqın Neft Nazirliyi Türkiyədən sabah Kərkük-Ceyhan xam neft boru kəmərindən neft axınının bərpasını tələb edib.
Nazirliyin cümə axşamı gecəsi verdiyi açıqlamaya görə, İraqın xam neft şirkəti SOMO, BOTAŞ-a Ceyhan terminalından tankerlərə neft yüklənməsinin bərpası tələbini çatdırıb.
Türkiyə beynəlxalq arbitraj məhkəməsinin ona qarşı çıxardığı təzminat qərarından sonra İraqın tələbi ilə martın 25-də Kərkük-Ceyhan xəttindən neft nəqlini dayandırıb.