"Bank of America"dan Türkiyədəki saçkiyə dair - YENİ HESABAT
Bank of America, Türkiyədə qarşıdan gələn seçkilərlə bağlı təhlilində, maliyyə sektorunun tənzimləməsi ilə bağlı investorların narahatçılığını ifadə edib. Bank öz hesabatında müxalifətin “yerli strategiya” adı altında qalib gələcəyi təqdirdə, 10 illik istiqrazların faizinin 30 faizə çata biləcəyini proqnozlaşdırıb.
Bank of America (BofA) həmçinin "Sahə qeydləri: Heç bir tərəfin aydın qələbəsi, iqtisadiyyat üçün asan çarə vəd etmir" başlıqlı qeydlə ssenarilər daxil edib.
Aralarında Zümrüt İmamoğlu da daxil olmaqla iqtisadçıların hazırladığı hesabatda seçkilərin ilk turda nəticələnəcəyinə dair başlıq yer alıb.
BofA hesabatında maliyyə tərəfindəki tənzimləmələr səbəbiylə investorların narahat olduğu vurğulanıb. Hesabatda sərmayədarların müxalifətin qalib gələcəyi təqdirdə valyutanın dəyər itirməsi və faiz artımının bank sektoru balansında və hökumət öhdəliklərində problemlər yarada biləcəyini düşündüyü bildirilir.
BofA iqtisadçılarının qiymətləndirməsində, bəzi sərmayəçilərin seçkilərdən sonra bəzi qurumların balanslarında olan gizli öhdəlik və xərclərin ortaya çıxa biləcəyindən narahat olduqları qeyd edilib.
BofA, faiz dərəcələri və valyuta məzənnələrindəki artımlara cavab olaraq dövlət banklarına potensial kapital qoyuluşu və zəlzələlər üçün maliyyə ehtiyacları da daxil olmaqla, Türkiyədə borcun milli gəlirə nisbətinin yüzdə 50-55 olacağını proqnozlaşdırıb. Bank sentyabr ayına qədər faiz dərəcələrinin 50 faizə çatacağı və TL-də 20-25 faiz ucuzlaşacağına dair gözləntilərini təkrarlayıb. Kampaniya dövründə maaş artımı öhdəlikləri və inflyasiya ilə bağlı proqnozların onların gözləntiləri üçün yuxarı risk yaratdığını bildirib.