Qeyri-Bank

Yellendən defolt xəbərdarlığı

ABŞ Maliyyə naziri Janet Yellen bəyan edib ki, ABŞ ictimaiyyətinin gündəmində olan borc limiti ilə bağlı məsələ həll olunmazsa, mümkün defolt ABŞ-ın beynəlxalq liderliyini təhlükə altına salacaq.
ENA.az xəbər verir ki, ABŞ-da davam edən borc limiti böhranının həllində məhdud irəliləyiş əldə olunsa da, defoltla bağlı ABŞ Maliyyə naziri Janet Yellendən yeni xəbərdarlıq gəlib.

G-7 toplantıları üçün Yaponiyada olan Yellen bəyan edib ki, ABŞ borc limitini həll etməsə, baş verəcək defolt ölkənin beynəlxalq imicinə zərər verə bilər.

Yellen, mümkün defoltun iqtisadi və maliyyə fəlakətinə səbəb olacağını və ölkənin milli təhlükəsizliyini də riskə atacağını bildirib. Yellen, defoltun qlobal miqyasda da mənfi təsirləri ola biləcəyini söyləyib.
 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)