Almaniya sərhədlərini bağladı!
Qeyri-qanuni mühacirlərin sayının sürətlə artmağa başladığı və Avstriya və Fransa sərhədlərində nəzarətin gücləndiriləcəyini açıqlayan Almaniyada artıq azad keçidlər olmayacaq, rəqəmsal sonra isə fiziki yoxlamalar başlayacaq.
ENA.az xəbər verir ki, baş nazir Olaf Scholz-un əyalət baş nazirləri ilə fövqəladə iclas keçirəcək. Toplantının əsas mövzusunun qeyri-qanuni immiqrasiya və sığınacaqların dayandırılması, sıx mühacirətdən sarsılan əyalətlərə yardımların edilməsi olduğu bildirilir.
Almaniyaya gələn qeyri-qanunilərin sayı 2019-cu illə müqayisədə keçən il 50 faiz artdığı halda, 2023-cü ilin ilk üç ayında keçən ilin ilk üç ayı ilə müqayisədə təxminən 79 faiz artıb. Birinci yeri 28 min 499 nəfərlə suriyalılar, ikinci yeri 19 min nəfərlə əfqanlar, üçüncü yeri isə 12 min 804 nəfərlə türklər tutub. Bunlar Almaniyaya gələn kimi sığınacaq axtaran şəxslərdir.
Baş nazir Olaf Scholz əyalət baş nazirləri ilə fövqəladə iclas keçirəcək və mövcud sərhəd nəzarətini artırmaq, qeyri-qanuni immiqrantların ölkəyə girişinin qarşısını almaq, gələnlərin tez bir zamanda qeydiyyata alınması, icazəsi olmayanlar üçün tədbirlər planı hazırlanacağını bildirib. Sığınacaq hüququ olmayanlar sərhəddən geri qaytarılacaq və cinayət törədənləri tez bir zamanda deportasiya etmək mümkün olacaq. Bundan əlavə, deportasiya olunmuş vətəndaşlarını geri almaq üçün ölkələrlə miqrasiya tərəfdaşlığı qurulacaq və qonşu dövlətlərlə bu mənada əməkdaşlıq ediləcək.
AB sərhədlərinin daha yaxşı qorunması üçün təkmilləşdirmələrin aparılmasına dair qərarın veriləcəyi toplantıda AB-nin xarici sərhədini təşkil edən ölkələrə daha çox dəstək veriləcək. Xüsusilə İtaliya, İspaniya, Yunanıstan, Polşa, Bolqarıstan və Fransaya qanunsuz girişlərin qarşısının alınması üçün dəstək veriləcək.
Son aylarda İtaliyadan başqa, Almaniya Belarus-Polşa sərhədindən ən çox immiqrant axınının yaşandığını bildirib. Beləki, Rusiya vizası ilə Türkiyədən gələnlərin qanunsuz olaraq Polşaya, oradan da Almaniyaya getdiyi bildirilir.