Sosial iqtisadiyyat

Qarabağda və Şərqi Zəngəzurda “ASAN xidmət” açılacaq

Qarabağda və Şərqi Zəngəzurda "ASAN xidmət" mərkəzləri açılacaq.

ENA.az xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.

"Ermənilərin vandalizmi göz önündədir. Bu gün azad olunmuş ərazilərdə abadlıq-quruculuq işləri gedir. Şəhərlər, qəsəbələr yenidən qurulur. İşlər başa çatdıqdan sonra Qarabağ və Şərqi Zəngəzur ərazisində müxtəlif yerlərdə "ASAN xidmət" mərkəzləri açılacaq", - deyə o bildirib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)