Elm və Texnologiya

“Twitter” səsli və görüntülü zəng funksiyasını aktiv edəcək

“Twitter”də tezliklə audio və video zənglər funksiyası aktiv ediləcək.

Bu barədə İlon Mask məlumat verib.

Sosial şəbəkənin sahibi bildirib ki, tezliklə bu platformanın hər bir istifadəçisi səsli və görüntülü zəng funksiyasından istifadə edə biləcək və  dünyanın istənilən yerindən olan insanlarla telefon nömrəsi vermədən ünsiyyət qurmaq mümkün olacaq

İlon Maskın sözlərinə görə,, sosial şəbəkə tətbiqinin son versiyasında müəyyən yeniliklər var. O, şəxsi mesajların başdan-başa şifrələmə qabiliyyətinə və əvvəllər dərc edilmiş mesajlardan hər hansı birinə cavab vermək funksiyasına malik olacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)