Daha bir aviaşirkət ucuz bilet və səyahət satışını dayandıracaqlarını elan etdi
Böyük Britaniyanın aviaşirkəti olan TUI ucuz bilet və səyahət satışını dayandıracaqlarını elan edib. Şirkətin İdarə Heyətinin sədri Sebastian Ebel, pandemiyanın sona çatması ilə bu il xaricə səyahət tələbinin çox artdığına işarə edərək, ucuz bilet və səyahət satışını dayandıracaqlarını və 50 avrodan aşağı təyyarə bileti satmayacaqlarını bildirib.
ENA.az xarici mediaya istinadən xəbər verir ki, yanacağın qiymətlərinin artması səbəbindən, xüsusilə yay tətili və tətil dövrlərində əvvəlki illərə nisbətən maaşlarda müəyyən artım etməli olacaqlarını deyən TUI İdarə Heyətinin sədri Sebastian Ebel, hər şey daxil paketinə marağın yüksək olduğuna diqqət çəkib.
Yunanıstanın Kos, Rodos və Krita adalarındakı otellərin artıq yay mövsümü üçün dolu olduğunu, Mayorka və Türkiyədə sərfəli qiymətə istirahət etmək imkanının hələ də olduğunu xatırladan Sebastian Ebel, alman turistlərin bu il adambaşına tətil üçün 1200 avro ayırdıqlarını deyib.
Başda Almaniya olmaqla dünyanın müxtəlif yerlərində 1200 turizm agentliyi, 130 təyyarə və 60 min personalı olan TUI 108 istiqamətə turist göndərir.