Elektrik yox, internetsiz bir dünya düşünə bilirsinizmi?!
Dünya İqtisadi Forumunun 2023-cü il Global Risklər hesabatından!
Aparılan sorğu nəticəsində qısa və uzun müddətdə dünyanı gözləyən risklər nədir soruşublar və verilən cavablar aşağıdakı kimidir.
Sorğuya cəlb olunan region ölkələrin ilk beşlikdə olan cavabları sıralama olaraq fərqlənsədə ancaq demək olar ki eynidir.
Diqqətimi çəkən məqamlar:
- İqtisadi (göy rəng) kateqoriyadan olan risklər nə qısa və nə dəki uzun vadədə ilk 10-luqda görünmür. Bu isə o deməkdir ki, insanlar maliyyə/iqtisadi krizlərin yaxın 10 ildə olacağına ehtimal vermirlər.
- Bəs insanları əsas narahat edən məsələlər nədir? - daha çox ekoloji və sosial risklər və bunların başında da "gündəlik yaşam xərcləri", başqa sözlə həyat standartlarının bahalı olması və getdikcə də bahalaşması. Misal üçün 2019-cu il ilə müqayisədə keçən il "gündəlik qida normasının" altına əlavə 200 mln. insan düşüb.
- Texnoloji risklər dedikdə isə ilk ağla gələn "kiber təhlükəsizlikdir" və başqa da yoxdur.
- Bizim heç müzakirə etmədiyimiz "ətraf mühit" riskləri dünyanın əsas gündəliyini işğal edir.
- Geosiyasi risk olaraq Rusiya-Ukrayna savaşı insanları narahat edən məsələ olub və uzun müddətdə o da əhəmiyyətini itiricəyi gözlənilir. Başqa sözlə dünya da insanlar geosiyasi hadislələri əsas risk kimi görmürlər və maraqlanmırlar. Düşünürəm ki, bu Qarabağ məsələsi üçün də belədir və bizim lehimizədir.
Son olaraq deyim ki, hazırda elektrik təchizatından məhrum olan insan sayı 774 milyona çatıb.
Elektrik yox internetsiz bir dünya düşünə bilirsiz?!.
Sannur Aliyev
Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti