Baş nazirdən Laçın sərhəd məntəqəsi ilə bağlı - QƏRAR
“Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısı”nda dəyişiklik edilib.
ENA.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Laçın dövlət sərhədindən buraxılış məntəqəsi (Laçın rayonu (Malxələf kəndinin yaxınlığı), Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında) siyahıya daxil edilib.