Bank

Manat 5 faizə yaxın möhkəmlənib - RƏSMİ AÇIQLAMA

Bu ilin ötən 4 ayında manatın nominal effektiv məzənnəsinin möhkəmlənib. ENA.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov manatın nominal effektiv məzənnəsinin 2023-cü ilin yanvar-aprel aylarında 4.8% möhkəmləndiyini açıqlayıb.

Buna səbəb isə inflyasiyanın xarici mənşəli xərc amillərilə bağlıdır. İkinci amil ondan ibarətdir ki,12 aylıq inflyasiya özünün pik səviyyəsini geridə qoysa da hələ də yüksək olaraq davam edir. Faktiki inflyasiya səviyyəsi azalmaya meyil etsədə mart ayında inflyasiya hədəfinin yuxarı həddini 2 dəfə çox üstələyib.

“İnflyasiyanın əsas komponenti olan ərzaq məhulları inflyasiyası 16.8%-dir, başqa sözlə hələ də yüksək olaraq qalır. Onu da qeyd etmək istəyərdim ki, keçən ilin sentyabr ayında pik həddə çatmış və bu pik həddi 21.8% olmuşdur”, -deyə T.Kazımov bildirib.

Onun sözlərinə görə, artıq 2022-ci ilin sentyabrından aprel ayına qədər bu göstərici 5% azalma göstərir. Qeyri-ərzaq malları və xidmətlər üzrə də qiymət artımı müvafiq olaraq illik əsasla 1.6% və 10.8% faiz təşkil edir. İstehsalçı qiymətləri və ya idxal qiymətləri indekslərinin artım templəri ikirəqəmli səviyyədə qalır. Belə ki, mart ayında illik artım kənd təsərrüfatı istehsalçı qiymətləri indeksi üzrə 12.7% olub.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)