Sosial iqtisadiyyat

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini qaldırmasının səbəblərini açıqladı

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini qaldırmasının səbəblərini açıqlayıb. Bankdan verilən məlumata görə, buna səbəb qlobal iqtisadi artımın zəifləməsi və dünyadakı giosiyasi vəziyyətin gərginləşməsidir. Mərkəzi Bankların sərt inflyasiya tədbirləri qismən yumşalsa da, geosiyasi risklər qalır. Qlobal maliyyə bazarlarında da gərginlik və risklər var, xüsusən də ABŞda 2 bankın müflis olması da mühüm amildir. Xarici mühit Azərbaycan iqtisadiyyatı üçün əlverişli olaraq qalır. Xüsusən də neftin dünya bazarında qiyməti müsbət zonadadır. 
Mart ayında inflyasiya 13 faiz olub bu isə sentyabrdakı göstəricidən aşağıdır. Azərbaycana inflyasiya idxalında zəifləmə nəzərə çarpır. Məzənnə sabitliyi də bu proseaə xüsusi təsir edir. Lakin ölkəmizdə inflayasiya səviyyəsi həıə də hədəfdən 2 dəfə yüksəkdir. İllik idxal qiymətlərinin artımı 20 faizfən yuxarıdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)