Sənaye

Türkiyədə Avropanın ən böyük günəş elektrik stansiyası fəaliyyətə başlayır

Bu gün rəsmi açılış mərasimi keçiriləcək Karapınar GES-də quraşdırma işlərinə 2020-ci ilin yanvar ayında başlanılıb. 20 milyon kvadratmetr sahəni əhatə edən stansiyada 3 256 000 günəş paneli quraşdırılıb.

Bu barədə “TRT Haber” məlumat yayıb.

Türkiyədə Avropanın ən böyük günəş elektrik stansiyası (GES) olacaq Karapınar GES tam gücü ilə işə salındıqdan sonra Türkiyənin günəş enerjisindən əldə etdiyi elektrik enerjisinin həcmini 20 faiz artıracaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)