Qarabağ

Laçın sərhəd məntəqəsində rentgen aparatı qoyuldu

Laçın rayonu ərazisində, Laçın-Xankəndi yolunun başlanğıcında yaradılmış sərhəd-keçid məntəqəsində rentgen aparatı qoyulub. 

ENA.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə fotolar paylaşılıb.

Bildirilib ki, Britaniya istehsalı olan mobil rentgen aparatı Ermənistandan Azərbaycana daxil olan yüklərin yoxlanması üçün istifadə olunacaq.

Qeyd edək ki, Azərbaycanın Laçın rayonunda Laçın-Xankəndi yolunun başlanğıcında qurulan sərhəd-buraxılış məntəqəsindən insanların və avtomobillərin sərbəst keçid təmin olunur. Azərbaycan sərhədçiləri vəzifələrinin icrasında yüksək peşəkarlıq nümayiş etdirirlər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department