BİZNES

Trendyol birbaşa Azərbaycanda işləyəcək - PAŞA Holdinq-lə müqavilə imzalandı

Türkiyənin ən böyük e-ticarət platformalarından biri olan Trendyol,  PAŞA Holdinq ilə Azərbaycan bazarında işləmək  üçün tərəfdaşlıq müqaviləsi imzalayıb.

Elektron ticarət sahəsində fəaliyyət göstərən Trendyol Azərbaycan bazarına daxil olur.

Trendyol və PAŞA Holdinq arasında imzalanan müqavilə ilə Azərbaycan bazarında elektron ticarət sektorunda fəaliyyət göstərəcək müştərək şirkət yaradılacaq.

TEKNOFEST-də keçirilən imzalanma mərasimi Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varankın iştirakı ilə keçirilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department