Türkiyə Ermənistan üçün hava məkanını bağladı

Türkiyə Ermənistanın “Flyone Armenia” şirkətinə Avropaya uçuşlar üçün hava məkanını bağlayıb.
ENA.az "Armenpress"ə istinadən xəbər verir ki, bu barədə şirkətin Direktorlar Şurasının sədri Aram Ananyan bildirib.
O deyib ki, şirkət ləğv edilmiş reyslərin sərnişinlərinə vəziyyət barədə məlumat verəcək.
Türkiyə tərəfi məsələ ilə bağlı açıqlama verməyib.