STP ilk rübdə 14.4 milyon dollarlıq məhsul satıb
Azərbaycanın şirkətləri “Baku Steel Company” QSC və “STP Global Cable” MMC
ENA.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqlamasına istinad edir.
2023-cü ilin birinci rübündə metallurgiya sənayesinin əsas fiqurlarından olan “Baku Steel Company” QSC xaricə 12.6 milyon dollarlıq məhsul ixrac edib. İxracın həcmi illik müqayisədə ikiqat artıb.
“STP Global Cable” MMC isə ixracı kəskin artırmaqla 14.4 mln. manata yüksəldib. Ötən ilin eyni dövründə 220 min dollar idi.
Sumqayıt Texnologiyalar Parkının Kabel Zavodu regionun ən iri, yüksək texnologiyaya malik kabel istehsalçılarından biridir. 2009-cu ildə fəaliyyətə başlayan müəssisədə istehsal prosesi yalnız Avropa texnologiyası əsasında – Finlandiya, Avstriya, Almaniya, İspaniya, Fransa kimi tanınmış dünya istehsalçılarının avadanlıqlarında həyata keçirilir. STP kabellərinin istehsalında aparıcı Avropa şirkətlərindən alınmış xammaldan istifadə olunur və yekun məhsul müasir dünya səviyyəli laboratoriyada sınaqlardan keçirilir. Burada yerləşdirilmiş laboratoriya avadanlığı alçaq, yüksək və 500 kV-a qədər yüksək gərginlikli kabellərin yoxlanılması üçün istifadə olunur.