Gündəm

Rusiya Ermənistana qarşı iqtisadi sanksiyaları sərtləşdirir

“Rusiya Ermənistana qarşı iqtisadi sanksiyaları sərtləşdirir”.

Bu barədə Ermənistan hökumətinə bağlı “Baqramyan 26” teleqram kanalının yaydığı məqalədə bildirilib.

Qeyd olunub ki, Ermənistandan olan fermerlər və yük maşınları günlərlə kənd təsərrüfatı məhsullarını Rusiyaya apara bilmir: “Gürcüstanda erməni sürücülərə və fermerlərə məlumat verilir ki, Rusiya tərəfi Ermənistan yük maşınlarının ölkəyə girişinə qadağa qoyulması barədə qərar qəbul edib”.

“Baqramyan26” vurğulayıb ki, bunun nəticəsində istixana təsərrüfatı böyük itkilərə məruz qalır: “Bundan başqa, Ermənistana maye qaz idxal edən yük maşınları yanacaq doldurmaq üçün Rusiya ərazisinə daxil ola bilmirlər. Ona görə də Ermənistanda maye qazın qiyməti son bir ayda, demək olar ki, 80 faiz artıb”.

Məqaləyə əsasən, Rusiya tərəfi bu məhdudiyyətləri texniki problemlərlə izah edir: “Ancaq görünən odur ki, baş verənlər Ermənistana qarşı iqtisadi sanksiyalardır və bunun arxasında siyasi sifariş dayanır”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)