Gündəm

Tofiq Bəhramov stadionunun rəhbəri dəyişib

Tofiq Bəhramov adına Respublika stadionunun rəhbərliyində dəyişiklik olub.

Arenanın direktoru Şamil Quliyev vəzifəsindən ayrılıb.

Artıq stadionun yeni rəhbəri də müəyyənləşib. Bu vəzifəyə Babək Hidayətov təyin edilib.

Qeyd edək ki, Hidayətov əvvəllər Şəki və Qusar Olimpiya komplekslərində çalışıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)