SOCAR və Petrofac-ın birgə biznesinə yeni rəhbər TƏYİN EDİLDİ
Dövlət Neft Şirkəti (SOCAR) və Böyük Britaniyanın “Petrofac” şirkətinin birgə biznesi olan “SOCAR-Petrofac” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri dəyişib.
ENA.az xəbər verir ki, Syed Mobeen Mosood Syed Mosood Ahmed Taqı “SOCAR-Petrofac” MMC-nin baş icraçı direktoru (baş meneceri) təyin edilib.
Buna qədər şirkətin rəhbəri Ruslan İbrahimov Əflatun oğlu idi.
2017-ci ildə yaradılan “SOCAR Petrofac” MMC Azərbaycanda və digər ölkələrdə həyata keçirilən enerji layihələri üçün SOCAR əməkdaşlarının dolğun və müasir proqramlar əsasında təlimi üzrə xidmətlər göstərməklə yanaşı, texniki dəstək və mühəndislik xidmətləri, eləcə də neft-qaz sektorunda layihələrin idarə olunması sahəsində də xidmətlər təklif edir. Treninqlər SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin infrastrukturundan istifadə olunmaqla təşkil olunur. Şirkətin nizamnamə kapitalı 100 000 manatdır.