MALİYYƏ

Azərbaycan Gürcüstana satdığı qazın qiymətini qaldırdı

Gürcüstanın əsas qaz təchizatçısı olan “SOCAR Georgia Gas” pərakəndə şəbəkənin kommersiya abunəçiləri üçün tarifləri artırır.

"BI" gürcü KİV-nə istinadən xəbər verir ki, martın 1-dən qüvvəyə minəcək yeni tarifə əsasən, qazın qiyməti 10,5 faiz artırılaraq ƏDV də daxil olmaqla 1 kub metrə görə 0,95 tetri təşkil edəcək. 

SGG-nin yaydığı məlumatda qeyd edilir ki, qiymət dəyişikliyi milli valyutanın ABŞ dollarına nisbətdə məzənnəsinin və qaz paylanması tarifinin dəyişməsi ilə əlaqədardır. 

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)