Qarabağ

Sülh üçün Bakı və Ankara ilə münasibətlərimiz normallaşmalıdır - Paşinyan

Ermənistan baş naziri Nikol Paşinyan ölkəsi və region üçün sülh formulundan danışıb.

ENA.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, onun sözlərinə görə, sülh beynəlxalq ictimaiyyət Ermənistanın ərazisini tanıdığı, İrəvan isə digər ölkələrə qarşı iddialarının olmaması barədə bəyanat verəndə gələcək.

"Ermənistanın bütün qonşuları ilə normal münasibətlərə ehtiyacı var. Əgər Gürcüstan və İran məsələsində əməkdaşlığın dərinləşdirilməsindən danışırıqsa, Türkiyə və Azərbaycanla əlaqələri normallaşdırmaqdan da söhbət gedir", - Ermənistan baş naziri əlavə edib.

Paşinyan qeyd edib ki, əgər Ankara və Bakı da sülhün möhkəmlənməsinə yönəlibsə, bunu real vəzifə hesab edir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)