Azərbaycanın Türkiyədəki şirkəti: STAR neft emalı zavodundakı payımız dəqiqləşdi
Petkim, STAR neft emalı zavodundakı dolayı payını 18 faizdən 12 faizə endirmək barədə yekun qərar olduğunu açıqlayıb. Bloomberg-in suallarını cavablandıran şirkət qeyd edib ki, dəyişikliyin qarşıya qoyulan hədəflərə ciddi təsir göstərməsi gözlənilmir.
Petkim, keçən həftə verdiyi açıqlamada, sektordakı əlverişsiz şərtləri əsas gətirərək, STAR Neft Emalı Zavodunun səhmlərinin alınması ilə bağlı müqaviləni 480 milyon dollara NEZ-dən 12 faiz dolayı pay almaq üçün yenidən nəzərdən keçirdi. Əvvəlki razılaşmada 18 faiz dolayı paya görə 720 milyon dollar verilməsi razılaşdırılmışdı.
Azərbaycan dövlətinin 51% ilə səhmdarı olduğu “Petkim”inaçıqlamasına görə, əsas tədarükçüsü olan STAR Neft Emalı Zavodunda minoritar səhmdarı olmaqla şirkətin idarəçiliyində təmsil olunmaq və əks-tsiklik balansının tarazlığından faydalanmaq hədəflənib. Artıq Petkim-in STAR neft emalı zavodunda 12%-lik payı dəqiqləşdirilib.
Şirkət bəyan edib ki, sözügedən qərarla “Petkim”in neft-kimya sənayesindəki əlverişsiz şəraitlə bağlı məhdud nağd vəsaitləri üzərindəki təzyiq aradan götürülüb və onun əsas səhmdarı qarşısında 240 milyon ABŞ dolları məbləğində öhdəliyi aradan qaldırılıb.