Dövlət Sosial Müdafiə Fondu sərbəst vəsaitini yalnız bu banklara depozit kimi qoya biləcək – QAYDALAR
Dövlət Sosial Müdafiə Fondunun banklarda depozitə qoyulma şərtləri açıqlanıb.
Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Dövlət sosial müdafiə fondunun sərbəst vəsaitinin investisiyaya yönəldilməsi və investisiya gəlirlərindən istifadə edilməsi qaydasında bildirilir.
DSMF-in sərbəst vəsaitləri üçün banklarda depozit kimi yerləşdirmək imkanı yaradılır.
Prezidentin fərmanına görə, bir neçə nüans və limit tətbiq edilmək şərti ilə.
Fərmanın 4-cü bəndinə görə belədir:
4.1. Bir banka qoyulan depozitin məbləği həmin bankın xalis aktivinin 10 (on) faizindən çox olmamalıdır.
4.2. Banklarda depozitə yerləşdirilən investisiyanın ümumi məbləği investisiya portfelinin 5 (beş) faizi həcmindən çox olmamalıdır.
4.3. Banklara depozitə yerləşdirilən investisiyalar üzrə faiz dərəcələri fond birjasında bağlanan sonuncu əqd üzrə həmin müddətə yerləşdirilən dövlət istiqrazlarının gəlirlilik dərəcəsindən aşağı olmamalıdır.
4.4. Sərbəst vəsait aşağıdakı meyarlara cavab verən banklarda depozitə qoyulur:
4.4.1. Azərbaycan Respublikasında fəaliyyət göstərən, aktivlərinin həcminə görə ilk beşlikdə yer alan banklara;
4.4.2. Fondun sərbəst vəsaiti hesabına əvvəllər yerləşdirilmiş bank depozitləri üzrə son beş ildə gecikmiş öhdəliyi olmayan banklara.