Paşinyan: "Qoşunları güzgü effekti ilə sərhəddən çəkməyə hazırıq"
"Ermənistan qoşunlarının Azərbaycanla sərhəddən güzgü effekti ilə çıxarılmasına hazırdır".
ENA.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.
"İrəvan Avropa İttifaqının qoşunların Azərbaycanla sərhədin bütün perimetri boyu geri çəkilməsi ilə bağlı təklifi ilə razılaşır. Hakimiyyət bunu 2021-ci ildən deyir. Bu, Praqa bəyanatının və Soçi üçtərəfli bəyanatının əsasını təşkil edən məntiqdən irəli gəlir", - deyə Paşinyan qeyd edib.