Əsas məzmuna keç
Bakı +11°, yağışlı
--:--:--
Tez-tez axtarılanlarBölmələr
TenderlərTender

Dövlət qurumu vergi borcu olan şirkətə 1.5 milyon manatlıq tender verdi

Dövlət qurumu vergi borcu olan şirkətə 1.5 milyon manatlıq tender verdi

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyəti “Fərhad” MMC ilə müqavilə bağlayıb.

ENA.az xəbər verir ki, müqavilədə “Tovuz rayonu Ağdam kəndi ərazisində yerləşən Axıncaçay su anbarında təmir-bərpa işləri” satın alınması nəzərdə tutulur.

Müqavilənin dəyəri isə 1.582.826 manatdır.

Qeyd edək ki, “Fərhad” MMC 2005-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 6 manatdır və qanuni təmsilçisi Elnur Məmmədovdur. 10.04.2023-cü il tarixinə şirkətin vergi borcu 59714.40 manat təşkil edir.

Xatırladaq ki, vergi borcu olan şirkətlərin tenderdə iştirakı “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə də mümkün deyil.​