Gündəm

İcra başçısı cavan kadrları özünə müavin təyin etdi

Ağcabədi Rayon İcra Hakimiyyəti başçısına yeni müavinlər təyin edilib.

ENA.az xəbər verir ki, icra başçısı Rafil Hüseynovun əmri ilə Xətai Zeynalov birinci müavin təyin edilib. O, bundan öncə başçının müavini və Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri idi.

Digər əmrlə Vüsalə Məmmədova başçının müavin  və İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri təyin edilib.

Zeynalov Xətai Vəliş oğlu 2 iyun 1989-cu ildə Ağcabədi rayonunun İmamqulubəyli kəndində anadan olub. 2006-2010-cu illərdə Azərbaycan Texnologiya Universitetində İqtisadiyyatın hüquqi tənzimlənməsi, 2019-2022-ci ildə isə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsilini başa vurub.

O, daha əvvəl Ağcabədi rayon İcra Hakimiyyəti Başçısı Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin məsləhətçisi, İnformasiya təminatı və təhlili sektorunun müdiri, sonra başçının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifələrində çalışıb.

Məmmədova Vüsalə İbrahim qızı isə 9 iyun 1985- ci ildə Ağcabədidə anadan olub. 2007-ci ildə Azərbaycan Pedaqoji Universitetini bitirib.

O, daha əvvəl Ağcabədi RİHB aparatının İnformasiya təminatı və təhlili sektortunda aparıcı məsləhətçi, İctimai-siyasi və humanitar məsələlər şöbəsində baş məsləhətçi vəzifəsində çalışıb, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi olub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)