Çin ordusu Tayvanı mühasirəyə almağa başladı
Çin ordusu onlarla təyyarə və gəminin iştirak etdiyi üç günlük təlimdə Tayvanı mühasirəyə almağa başlayıb.
Bu barədə BBC məlumat yayıb.
Qeyd edilir ki, Tayvan boğazının median xəttini – Tayvan və Çinin nəzarət zonalarının qeyri-rəsmi sərhədini artıq Çinin 71 hərbi təyyarə və 9 gəmisi keçib.
Pekin sözügedən hərbi təlimləri adanın hakimiyyət orqanlarına “ciddi xəbərdarlıq” adlandırıb: “Təlimlərin məqsədi hərtərəfli mühasirə və çəkindirməni təmin etməklə eyni vaxtda Tayvana hücum təşkil etməkdir”.
Rəsmi məlumata görə, manevrlərə uzaqmənzilli raket artilleriyası, dəniz esminesləri, raket katerləri, qırıcı və bombardmançı təyyarələr cəlb olunub.
Qeyd edək ki, təlim Tayvanın baş qərargah rəisi Tsai İnq-ven ABŞ-dan qayıtdıqdan bir gün sonra başlayıb.