Naxçıvanda elektromobil istehsal ediləcək
Naxçıvan avtomobil zavodu elektromobil istehsal edəcək.
Zavod avtomobil sənayesində müasir dövrün ən aktual məsələsi olan elektriklə çalışan avtomobillər istehsal etmək üçün hazırlıqlar görür və qısa zamanda bu layihəni həyata keçirməyi planlaşdırır.
Bİ.az xəbər verir ki, Naxçıvan avtomobil zavodunun direktoru Musa Abdullayevin sözlərinə görə, bu, həm qənaətlilik, həm də ekoloji cəhətdən ən öndə duran məsələlərdən biridir: "Bundan əlavə olaraq LİFAN minivenlərinin bazasında “təcili tibbi yardım” üçün istifadə oluna biləcək avtomobillər sifariş etmiş və 2019-cu ilin əvvəlində təcrübə-sınaq məqsədilə eksperimental nümunələrin yığımını həyata keçirəcək".
Zavod direktoru qeyd edib ki, Naxçıvan avtomobil zavodu blokada şəraitində olan Muxtar Respublikada təsis olunub və 2010-cu ildə fəaliyyətə başlayıb: "Məqsəd Muxtar Respublikanın sosial-iqtisadi, ictimai məsələlərində iştirak etmək, iqtisadiyyatın inkişafına öz təhvəsini verməkdən ibarət idi. Bugünədək zavodda 5000-dən çox avtomobil istehsal olunub