Gömrüyün vəzifəli şəxsi işdən çıxarıldı
Dövlət Gömrük Komitəsinin (DGK) İnzibati İdarəetmənin Təşkili İdarəsinin rəisi vəzifəsini tərk edib.
DGK sədri, general-leytenant Şahin Bağırovun müvafiq əmri ilə Nüsrət Qənbər oğlu Qurbanov vəzifəsindən azad olunaraq, təqaüdə göndərilib.
Onun vəzifəsi isə müavini Elçin Hüseynzadəyə həvalə edilib.
Qeyd edək ki, polkovnik Nüsrət Qurbanov sabiq DGK sədri Səfər Mehdiyevlə yaxınlığı ilə tanınıb. 2001-ci ilədək Daxili Təhlükəsizlik İdarəsində inspektor, 2011-ci ilədək həmin idarədə şöbə rəisi, 2017-ci ilədək idarə rəisi vəzifələrində, 2018-ci ilin may ayınadək Komitənin Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsi rəisinin müavini vəzifəsində çalışıb.
21 may 2018-ci ildə Komitənin İşlər İdarəsinin rəisi vəzifəsinə keçirilib.
Xəbəri dəqiqləşdirmək üçün Dövlət Gömrük Komitəsinin Mətbuat Xidməti ilə əlaqə saxlanılıb. “Bizdə belə bir məlumat yoxdur”, – deyə qurumdan bildirilib.