Paşinyanla Putin arasında telefon danışığı olub
Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı Qarabağ ətrafında mövcud vəziyyətin müxtəlif aspektlərinin müzakirəsi davam etdirilib.
“Bu kontekstdə Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında 2020-2022-ci illərdə əsas sazişlərin ardıcıl şəkildə həyata keçirilməsinin, o cümlədən Ermənistan-Azərbaycan sərhədində təhlükəsizliyin və sabitliyin təmin edilməsi, Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması ilə bağlı məsələlərin vacibliyi bir daha təsdiqlənib. Bundan əlavə, danışıqlar zamanı ikitərəfli münasibətlərin bəzi aktual məsələlərinə toxunulub”, – Kremlin məlumatında qeyd olunub.