Dünya birjalarında - NEFTİN QİYMƏTİ
Benchmark markalı neftin qiymətləri Cümə axşamı günü bir qədər yüksəldi və ardıcıl üçüncü həftə müsbət fonda başa çatdı. Cümə günü ABŞ və əksər Avropa ölkələrində birjalar Pasxa bayramı ilə əlaqədar bağlanır.
Londonun ICE Futures birjasında Brent markalı neftin iyun fyuçerslərinin kotirovkaları 0,13 dollar (0,15%) artaraq 85,12 dollar/barelə çatıb. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI markalı neftin may fyuçerslərinin qiyməti 0,09 dollar (0,1%) artaraq 1 barelə görə 80,7 dollar təşkil edib.
Qısa həftənin yekunlarına görə, Səudiyyə Ərəbistanı da daxil olmaqla bir sıra OPEC+ ölkələrinin hasilatı daha da azaltmaq qərarına əsasən, Brent 6,6%, WTI isə demək olar ki, 6,7% bahalaşıb.
OANDA-nın baş bazar analitiki Edvard Moya bildirib ki, “xəbərlər ABŞ iqtisadiyyatının sürətlə zəiflədiyini bildirsə də, WTI 80 dollar/barel sahəsini tərk etməyəcək”.
Bu həftə neft bazarına dəstək ötən həftə ABŞ-da neft ehtiyatlarının 3,74 milyon barel, benzinin 4,12 milyon barrel, distillatların 3,63 milyon barel azalması ilə bağlı məlumatlar da olub. Analitiklər, orta hesabla, hər üç kateqoriya üzrə ehtiyatlarda daha mülayim azalma gözləyirdilər.