Yeni Toyota Prius Prime təqdim edilib - QİYMƏTİ
Toyota şirkəti Prius Prime hibrid avtomobilinin yenilənmiş versiyasını təqdim edib. Yenilənmiş Toyota Prious Prime modeli 2 litrlıik həcmə sahib M20A-FXS adlı benzin mühərrikini, 13.6 kilovatt saat batareya həcmini və iki ədəd motor generatorunu (MG1 və MG2) əldə edib. Avtomobil 220 at gücünə sahibdir və o, benzin mühərrikinin iştirakı olmadan 71 km yol qətt edə bilir. Avtomobil 220 vatt gücündə olan adi məişət enerji mənbəyi vasitəsilə tam enerjisini 11 saata təmin edir. Prius Prime saatda 97 km sürəti 6.6 saniyəyə yığır. Bu isə əvvəlki modeldən 4 saniyə daha tezdir.
Avtomobilin salonunda sensorlu ekran mövcuddur. Avtomobilin hansı komplektasiyada alınmasından asılı olaraq sensorlu ekranın ölçüsü 8 və ya 12.3 düym ola bilər. Salonda həmçinin smartfonun naqilsiz şarj texnologiyası üçün nəzərdə tutulmuş xüsusi sahə də mövcuddur. Toyota Prius Prime gələn ay ABŞ bazarında satışa çıxacaq. Avtomobilin standart komplektasiyada olan versiyasının qiyməti 32 350$-a, ən bahalı versiyası isə 39 170$-a satılacaq. Bununla yanaşı əlavə ödəniş etməklə avtomobilin tavanına 165 vatt gücündə Günəş paneli quraşdırmaq olar.