Hadisə

Bakıda məktəbdə şagirdlər arasında kütləvi ZƏHƏRLƏNMƏ OLUB

“Bakıdakı 20 nömrəli orta məktəbdə baş verən kütləvi zəhərlənmənin səbəbi məlum olub.

ENA.az-ın "Unikal"a istinadən verdiyi xəbərə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov bildirib ki, məktəbdə 10-a yaxın şagird quş əti tərkibli qida qəbul edib:

"Onlar mədə ağrısı şikayətləri ilə müraciət ediblər. Təcili tibbi yardım briqadası çağırılıb və zərurət olan şagirdlər müayinə üçün xəstəxanaya aparılıblar. Onların vəziyyəti kafi, normal olaraq qiymətləndirilir. Bu qidalar məktəb bufetinin müvafiq şirkət ilə razılaşması əsasında hazırlanır. Həmin şirkətə də bu barədə məlumat verilib. Aidiyyəti qurumlar da məsələni araşdırırlar. Müvafiq qurumlara məlumat verilib və aidiyyəti üzrə nəzarət ediləcək”, - deyə B.Məmmədov qeyd edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)