Azərbaycanda bank müştərilərinin sayı 14 milyona yaxınlaşır
Azərbaycanda 2023-cü ilin fevral ayında bank müştərilərinin sayı 13 595 433 təşkil edib.
ENA.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
İllik müqayisədə bank müştərilərin sayı 966 164 nəfər və ya 7.6% artıb. Ötən ilin eyni dövründə bank müştərilərinin sayı 12 629 269 olub.
Yanvar ayında isə bank müştərilərin sayı 13 478 899 nəfər təşkil edib ki, bu da 0.9% artım deməkdir.
2023-cü ilin fevral ayı üzrə bank müştərisi olan fiziki şəxslərin sayı 13 455 528 nəfər, sahibkarlıqla məşğul olanların sayı 650 512 nəfər, hüquqi şəxslərin sayı isə 139 905 nəfər olub.