Gündəm

“Tesla” öz brendi altında pivə satışına başlayıb

“Tesla” öz brendi altında “GigaBier” adlı pivənin məhdud partiyasının satışına başlayıb. Şirkət 0.33 litrlik üç butulkadan ibarət paketi 89 avroya satır, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Təsvirdə deyildiyi kimi, pivənin dadında sitrus, berqamot və şirin meyvə notları var. Butulkanın dizaynı “Cybertruck” pikapından götürülüb.

Qeyd edək ki, pivə “Tesla”nın satdığı ilk spirtli içki deyil. 2020-ci ildə şirkət tekila satışı ilə məşğul olub. Avtomobil istehsalçısı üçün digər atipik məhsullar arasında şirkətdə “kiberfit” və “Cybertruck” üslubunda uşaq kvadrasikli var.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)