BİZNES

"Music gallery" satıldı – BAZARA İRİ ŞİRKƏT DAXİL OLDU

Azərbaycanda elektronnika və məişət texnikası bazarının yenidən bölünməsi prosesi davam edir.

ENA.az Fed.az-a istinadən xəbər verir ki, bazarda daha bir iri birləşmə baş verib.

Belə ki, “Music Gallery” şəbəkəsi ölkənin iri biznes-maliyyə qruplarından olan “AGA Group”a satılıb.

Əməliyyat 2022-ci ilin dekabrında yekunlaşıb və hazırda “Music Gallery” sözügedən şirkətə məxsusdur.

Qeyd edək ki, hazırda ölkənin elektronika və məişət texnikası bazarında güclü rəqabət yaranıb. Bazarın lideri olan «Kontakt Home» ilə rəqabət aparmaq üçün bəzi şirkətlər əlavə investorlar cəlb edirlər. Belə ki, Azərbayanda elektronika məhsulları bazarının əsas oyunçularından biri "Optimal Elektronika" mağazalar şəbəkəsi Gürcüstanın "Elit elektroniks" şirkətinə satılıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)