Cyberpoint işçi axtarır - MAAŞ 1000-1500 AZN
Satınalma üzrə mütəxəssis
Son tarix 30 apr 2023
Öhdəliklər:
- Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması, təkliflərin müqayisəli təhlilinin aparılması və optimal təklifin rəhbərliyə təqdim edilməsi;
- Sifarişlərin yönləndirilməsi, prosesin izlənilməsi və sürətləndirilməsi;
- Müvafiq şirkətlərlə danışıqların aparılması və logistika prosesinin izlənilməsi;
- Satınalma ilə bağlı sənədləşmənin aparılması və qeydiyyatı;
- Tələbatlarla bağlı proqnozlaşdırmanın aparılması və ehtiyacların müəyyən olunması;
- Satınalma siyasətinə uyğun olaraq satınalma fəaliyyətinin təmin edilməsi.
Tələblər:
Təhsil:
- Təchizat, biznesin idarə edilməsi sahəsində bakalavr təhsili
Texniki səriştələr:
- MS Excel, Word yaxşı səviyyədə
- 1 C 8.3 yaxşı səviyyədə
- İT avadanlıqlar və xidmətlər haqqında məlumatlı olmaq
- Müqavilələr ilə işləmə təcrübəsi (müqavilələrin hazırlanmasından imzalanma və icraata qədər)
- İngilis dili, Rus dili yaxşı səviyyədə
- Gömrük rəsmiləşdirilməsi və zəruri əməliyyatlar barədə məlumatlı olmaq
Təcrübə:
- Satınalma sahəsində minimum 1-3 il iş təcrübəsi
Yumşaq bacarıqlar:
- Komanda şəklində işləmə bacarığı və effektiv ünsiyyət
- İnandırma və problem həlletmə bacarığı
- Nəticəyönümlülük və punktuallılıq
- Təşəbbüskarlılıq və tələbkarlılıq.
Əmək şəraiti:
- İş rejimi: 5 günlük iş həftəsi
- Əmək haqqı: 1000-1500
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV formasını cv@cyberpoint.az mail ünvanına göndərin.