BİZNES

Azərbaycan İnvestisiya Şirkəti “Hell Energy” şirkəti ilə müqavilə imzalayıb

İqtisadiyyat Nazirliyinin “Azərbaycan İnvestisiya Şirkəti” ASC və Macarıstanın “Hell Energy” şirkəti arasında imzalanmış investisiya müqaviləsi ölkələr arasında biznes dairələrinin səmərəli əməkdaşlığı istiqamətində əhəmiyyətli addımdır.

Bunu Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “Tviter” hesabında yazıb.

Nazirin sözlərinə görə, Azərbaycan və Macarıstan arasında iqtisadi-ticarət əlaqələrinin gücləndirilməsi davam edir.

Xatırladaq ki, “Azərbaycan İnvestisiya Şirkəti” ASC Prezidentin müvafiq Sərəncamı ilə 2006-cı ildə yaradılıb. AİŞ-in bütün payları Azərbaycan dövlətinə məxsusdur. Şirkət Müşahidə Şurası tərəfindən idarə edilir. AİŞ-in məqsədi Azərbaycanın qeyri-neft sektoruna kapital investisiyalarının yatırılmasıdır. Şirkətin nizamnamə kapitalı 267 milyon manat təşkil edir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)