Azərbaycana ən çox investisiya qoyan ölkələr-TOP-5
2022-ci ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar (BXİ) 6 milyard 275,85 milyon dollar təşkil edib. 2021-ci ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların 4 milyard 795,271 milyon dollar olduğunu nəzərə alsaq, bu ötən il 30,9% artımın olduğunu göstərir.
Ümumilikdə, 2022-ci ilin birinci rübündə 1 milyard 814,146 milyon dollar, ikincidə 1 milyard 406,446 milyon dollar, üçüncüdə 1 milyard 357,268 milyon dollar, dördüncü rübdə 1 milyard 697,99 milyon ABŞ dolları məbləğində birbaşa xarici investisiyalar daxil olub.
Tədiyyə balansının məlumatlarına əsasən, birbaşa xarici investisiyaların 71%-i (2021-ci ildə 83,5%) neft-qaz sektoruna yatırılıb.
Qeyri-neft-qaz sektoruna birbaşa xarici investisiyaların həcmi 1,8 milyard dollar təşkil edib ki, bu 2,3 dəfə artım deməkdir.
AMB-nin məlumatına görə, Azərbaycan iqtisadiyyatına birbaşa investisiyaların həcminə görə ilk beş ölkə bunlardır: Böyük Britaniya - 1 milyard 759,946 milyon dollar (artım 10,9%), Türkiyə - 1 milyard 187,092 milyon dollar (artım 60,3%), Kipr - 825,715 milyon dollar (artım 2,6 dəfə), Rusiya Federasiyası - 517,96 milyon dollar (artım 10,2 dəfə), İran - 359,871 milyon dollar (artım 34%).
2022-ci ildə Azərbaycana birbaşa investisiyaların həcminə görə ilk 5 ölkə bunlardır: Yaponiya - 279,406 milyon dollar, ABŞ - 278,34 milyon dollar, İsveçrə - 213,39 milyon dollar, Norveç - 155,966 milyon dollar və Macarıstan - 110,767 milyon dollar.
2021-ci ildə Azərbaycan iqtisadiyyatına birbaşa investisiyalar 2020-ci illə müqayisədə 5,9% artıb.