Azərbaycanda yeni Mərkəz yaradılır
Azərbaycanda Əməyin Mühafizəsi Mərkəzi yaradılacaq.
ENA.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında bağlanmış 2023-2025-ci illər üçün Baş Kollektiv Sazişində əksini tapıb.
Eyni zamanda Beynəlxalq Əmək Təşkilatının transmilli şirkətlərin fəaliyyətinin və sosial siyasətinin prinsipləri haqqında üçtərəfli Bəyannaməsinə əsasən, transmilli şirkətlərdə, xarici sərmayə ilə işləyən və müştərək müəssisələrdə çalışan işçilərin əmək və sosial- iqtisadi hüquqlarının qorunması ilə bağlı birgə iş aparılacaq.