Qazaxıstan hökuməti istefa verdi
![](https://ena.az/uploads/news/2023-03/_ena_7ddf39f06a4ae20ba0b1f1c7f_o.jpg)
Qazaxıstan hökuməti parlamentin aşağı palatasının yeni tərkibinin seçilməsi ilə əlaqədar istefa verib.
ENA.az xəbər verir ki, bu barədə "Kazinform" məlumat yayıb.
Prezident Kasım-Jomart Tokayev Nazirlər Kabinetinin yeni tərkibi təsdiq olunana qədər hökumətə öz vəzifələrini icra etməyi tapşıran fərman imzalayıb.