Tenderlər

MİDA 48 milyonu 5 şirkətə verdi - 1 GÜNDƏ 4 MÜQAVİLƏ

Mənzil İnşaatı Dövlət Agentliyinə məxsus olan "MİDA" MMC Hövsan qəsəbəsinin qərb hissəsində 20 ha ərazidə çoxmənzilli yaşayış kompleksinin tikintisi işləri ilə bağlı elna etdiyi ikinci tenderin nəticələrini açıqlayıb. 

"BI" müqavilələrin dövlət reyestrinə istinadən xəbər verir ki, MMC bu işlərin görülməsi üçün 5 şirkətə  48 milyon 161 min 448 manat ayırıb. Ən böyük məbləğ "NN Group" MMC-yə verilib. -13 milyon  655 min 137 manat.  2019-cu il yanvarın 25-də imzalanan müqaviləyə görə, şirkət  7 nömrəli, 7 mərtəbəli binanın 1-ci, 2-ci və 3-cü seksiyalarının tikintisi işlərini həyata keçirəcək.  

Digər 4 şirkətlə müqavilələr isə eyni gündə - yanvarın 18-də imzalanıb. Razılığa əsasən, "HN Construction" MMC 9,3 milyon manata Hövsanda məktəb binası inşa edəcək.  Bağçaların tikintisi isə "Perlit" MMC  və "Chinar İnshaat" MMC-yə həvalə edilib. 

 

 

1

MİDA MMC

HN

Construction MMC   

1920 şagird yerlik məktəb

binasının tikintisi və

avadanlıqlarla tam təchiz

edilməsi işləri

9281713.27

2019-01-18

2

MİDA MMC

Perlit MMC

10 və 11 nömrəli, 10 mərtəbəli

yaşayış binalarının və

14 nömrəli, 90 yerlik uşaq

bağçasının tikintisi işləri

7999864.30

2019-01-18

3

MİDA MMC

Chinar İnshaat MMC

(Caspian Service

MMC konsorsium)

8 və 9 nömrəli, 10 mərtəbəli

yaşayış binalarının və

13 nömrəli, 90 yerlik uşaq

bağçasının tikintisi işləri

8002533.00

2019-01-18

4

MİDA MMC

Hünər İnşaat

Firması

7 nömrəli, 7 mərtəbəli binanın

4-cü və 5-ci seksiyalarının

tikintisi i.l'ri

9222201.46

2019-01-18

5

MİDA MMC

NN Group MMC

7 nömrəli, 7 mərtəbəli binanın

1-ci, 2-ci və 3-cü seksiyalarının

tikintisi i.l'ri

13655137.22

2019-01-25

           
Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department