ABŞ-ın briqada generalı Xəzərin sahilində

Azərbaycanda səfərdə olan ABŞ-ın Avropa Komandanlığının planlaşdırma, strategiya və imkanlar üzrə direktor müavini, briqada generalı Edvard Voqan Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsini ziyarət edib.
ENA.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.
Bildirilib ki, Voqan Xəzər dənizində mühüm infrastrukturun qorunması və narkotiklərin qanunsuz daşınmasına qarşı fəaliyyətləri dəstəkləmək üçün ABŞ-ın Avropa Komandanlığının Azərbaycana göstərdiyi yardımı nəzərdən keçirib.